Yaxın Şərq
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli diplomat Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib.
"Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır. O, çoxdan belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Dəməşqdəki hazırkı təmaslar zamanı o, səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun görə biləcəyi işlərlə tanış olub: "Bu baxımdan, mənim hazırkı səfərim mühüm əhəmiyyət daşıyır".
Fidan Ərdoğanın Suriyaya səfərinin dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, avqustun ortalarında Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

