Yaxın Şərq
İran Trampın şərtini rədd etdi: Danışıqlar olmayacaq!
İran ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlarla bağlı ziddiyyətli mesajlarına münasibət bildirib.
Publika.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai "X" sosial şəbəkəsində yazıb.
O, bəyan edib ki, Tehran öz şərtləri yerinə yetirilməyənədək ABŞ-la danışıqlar aparmaq niyyətində deyil.
“Nöqtə! İranın şərtləri yerinə yetirilməyənə qədər heç bir danışıqlar olmayacaq”, - deyə Rzai qeyd edib.
O, Trampın “heç bir danışıqlar olmayacaq” fikrindən “danışmağa hazırıq” açıqlamasına qədər verdiyi ziddiyyətli mesajlara reaksiya verməməyə çağırıb.
Rzai bildirib ki, neft və boğazlarla bağlı vəziyyət dəyişib və mövcud proseslərin qarşısını almaq cəhdləri nəticə verməyəcək.
Qeyd edək ki, Tramp daha əvvəl Tehranla danışıqların bərpasına razı olub-olmayacağına özü qərar verəcəyini açıqlamışdı. ABŞ lideri diplomatik həll variantına prinsip etibarilə qarşı olmadığını da bildirmişdi.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi: Nədən danışdılar?
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















