Yaxın Şərq
Səudiyyə Ərəbistanı şokda: Tramp husilərə qarşı döyüşməkdən imtina etdi
Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərin hücumları fonunda ciddi strateji dilemma ilə üzləşib. Ər-Riyadın ABŞ prezidenti Donald Trampdan husilərə qarşı hərbi dəstək tələbi rədd edilib və bu, krallıqda ciddi məyusluq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Son həftələrdə husilər Səudiyyə Ərəbistanına bir neçə dəfə hücum edərək ölkənin neft ixracına mane olmaqla hədələyiblər. Krallığın İranla münasibətləri normallaşdırmaq istiqamətində diplomatik cəhdləri də gözlənilən nəticəni verməyib. İran, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin rəsmiləri arasında keçirilməsi planlaşdırılan görüş isə tərəflər arasındakı fikir ayrılıqlarına görə son anda təxirə salınıb.
ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Maykl Retni vəziyyəti krallıq üçün “ən pis ssenari” adlandırıb. Onun sözlərinə görə, Ər-Riyad həm güclənən İranın təzyiqi ilə üzləşib, həm də ABŞ-dan əlavə hərbi dəstək ala bilməyib.
Yalnız son iki həftədə Səudiyyə Ərəbistanı ölkənin şərqində, cənubunda və şimalında İranın dəstəklədiyi qruplaşmaların hücumları ilə üzləşib. Səudiyyə rəsmiləri və ekspertləri krallığın husilərlə təkbaşına mübarizə aparmaq istəmədiyini açıq şəkildə bildirirlər.
Tramp isə ABŞ-ın Yəmən münaqişəsinə birbaşa müdaxiləsində maraqlı görünmür. O, İrlandiyaya səfəri zamanı husilərin ABŞ-a müraciət etdiyini və Vaşinqtonla müharibə aparmaq istəmədiklərini bildirib. Husilərin siyasi nümayəndəsi Məhəmməd əl-Buxeyti isə bu iddianı təkzib edərək Trampa müraciət etmədiklərini deyib.
Analitiklərin fikrincə, Ər-Riyadın qarşıdakı mərhələdə əsas istiqaməti diplomatiya ola bilər. Krallığın Çinlə də əməkdaşlığa üz tutması mümkündür.
Müəllif: Adəm
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?














.png)









.jpg)















