Yaxın Şərq
İsrail bu məlumatı Səudiyyə Ərəbistanına çatdırdı: Onların yerini göstərdi
İsrail, ABŞ-ın vasitəçiliyi ilə Ərəbistan yarımadasında şiddətlənən münaqişə fonunda Yəmənin şimalına hakim olan Şiə “Ənsar Allah” (Husi) hərəkatına məxsus qüvvələrin yeri barədə Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail portalı “Walla” bölgədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, "Səudiyyə Ərəbistanı və İsrail ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə kəşfiyyat məlumatlarını paylaşmaqla Səudiyyə Ərəbistanının Husi qüvvələrinə qarşı müdafiə olunmasına kömək etmək üçün danışıqlar aparıblar".
Qeyd olunur ki, Ər-Riyad və Husilər arasındakı münaqişə regionun digər ölkələrində də narahatlıq doğurur. Dövlətlər ABŞ-ın İran və Husilərlə ayrıca razılaşmalar əldə edə biləcəyi, Ər-Riyadı və regiondakı ölkələri davamlı hücum təhlükəsi ilə üz-üzə qoya biləcəyi ssenaridən qorxurlar.
Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı Husi qüvvələrinin yerləşməsi barədə tam təsəvvür yaratmaq və onların gələcək niyyətlərini müəyyən etmək üçün kəşfiyyat yardımı istəyib.
"Axios" daha əvvəl ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Yəməndəki husilərə zərbə endirmək tələbini rədd etdiyini bildirmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi: Nədən danışdılar?
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















