Yaxın Şərq
ABŞ və İsrailin İran planı ifşa edildi: Tehran bu cəhdin qarşısını aldı
İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ və İsrailin 40 günlük müharibə zamanı İraqda yerləşən Kürdüstan bölgəsindən İrana qarşı hərbi və güc əməliyyatları üçün baza kimi istifadə etməyə çalışdığını bildirib.
Publika.az xəbər verir ki, Qalibaf bu barədə Tehranda Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) lideri Bafel Talabani ilə görüşündə danışıb.
Onun sözlərinə görə, ABŞ və İsrailin bu planının qarşısı İran silahlı qüvvələrinin fəaliyyəti və regiondakı müttəfiqlərlə əməkdaşlıq nəticəsində alınıb.
Qalibaf bildirib ki, İran və silahlı qüvvələri fevralın 28-də başlayan ABŞ və İsrail təcavüzünə qarşı müqavimət göstərib. O, Vaşinqtonun İranın bu miqyasda müqavimət göstərəcəyini və hərbi-siyasi nəticələrlə üzləşəcəyini ehtimal etmədiyini deyib.
İran parlamentinin sədri xüsusi olaraq İraq Kürdüstanındakı vəziyyətə toxunub. Onun iddiasına görə, 40 günlük müharibə zamanı ABŞ İraq Kürdüstanından İrana qarşı hərbi və güc əməliyyatları həyata keçirməyə cəhd edib.
“Regiondakı dostlarınızın köməyi və İran silahlı qüvvələrinin vaxtında reaksiyası nəticəsində bu düşmən planı pozuldu”, - Qalibaf Talabaniyə deyib.
O, İranın qonşu ölkələrlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qalibaf həmçinin ABŞ və İsrailin uğursuzluqlara baxmayaraq, regionda sabitliyi pozmağa yönəlmiş cəhdlərini davam etdirəcəyini bildirib. O, Vaşinqton və Təl-Əvivin, xüsusilə İranla İraq arasında münasibətlərdə qarşıdurma yaratmağa çalışdığını iddia edib.
Qalibaf ABŞ və İsrailin İraq ərazisini və hava məkanını tərk etmək məcburiyyətində qaldığını bildirib. O, Tehran və Bağdadı daimi əlaqələr və qarşılıqlı etimad vasitəsilə gərginliyin artmasına imkan verməməyə çağırıb.
Bafel Talabani isə İran parlamentinin sədrinin mövqeyini dəstəkləyib. KVİ lideri İraq Kürdüstanının İrana qarşı fəaliyyətlər üçün baza kimi istifadəsinə imkan verməyəcəklərini açıqlayıb.
“İran və İraq arasında təhlükəsizlik sazişini tam şəkildə yerinə yetirməyə və münasibətləri genişləndirməyə hazırıq”, - Talabani bildirib.
Müəllif: Adəm
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır


















.jpg)

.webp)















.jpg)


