Yaxın Şərq
Netanyahu İran rejimini devirməklə hədələdi
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin əsas vəzifəsinin İrandakı rejimi devirmək olduğunu bildirib.
Publika.az xəbər verir ki, İsrail liderinin çıxışını “Clash Report” Telegram kanalı yayımlayıb.
“Əvvəla, biz İran rejimini devirməliyik. Bu, mənim missiyamdır və bizim əsas vəzifəmizdir”, — Netanyahu deyib.
Baş nazirin sözlərinə görə, İsrail vaxtında İrana zərbə endirməsəydi, yəhudi dövlətinin özünün mövcudluğu təhlükə altına düşə bilərdi.
“Əgər biz vaxtında hərəkət etməsəydik və İrana hücum etməsəydik, bu gün burada görüşməzdik - çünki bəlkə də İsrail dövləti mövcud olmazdı”, — o bildirib.
Avqustun sonunda Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı mənbələrə istinadla ABŞ-ın İsraili İrana zərbələr endirməkdən çəkindirdiyini bildirmişdi. Qeyd olunur ki, Vaşinqton həmçinin Suriya ilə deeskalasiya səviyyəsinin qorunması məqsədilə İsrailə təzyiq göstərir. Kanalın həmsöhbətləri əlavə ediblər ki, öz növbəsində yəhudi dövləti ABŞ tərəfinə Qəzza zolağına və Livana zərbələri davam etdirmək planları barədə məlumat verib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi: Nədən danışdılar?
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















