Yaxın Şərq
İsrail yenidən Qəzzaya hücum etdi - Ölənlər var
İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində azı üç fələstinli həlak olub.
Publika.az xəbər verir ki, bu barədə səhiyyə rəsmilərinə istinadal “Reuters” məlumat yayıb.
Zərbələrdən biri Qəzzanın şimalındakı Cəbaliya qaçqınlar lаgеri yaxınlığına düşüb. Ərazinin səhiyyə nazirliyinin baş direktoru Munir əl-Burşun oğlu Bəsir əl-Burş həlak olub.
İsrail ordusu bəyan edib ki, aralarında Bəsir əl-Burş da olmaqla, bir neçə döyüşçüyə zərbələr endirilib. HƏMAS vəziyyəti şərh etməyib.
Şücayə və Şeyx-Rizvan rayonlarındakı zərbələr nəticəsində daha iki nəfər ölüb. İsrail Şeyx-Rizvana endirilən zərbənin HƏMAS döyüşçüsünə qarşı yönəldildiyini bildirib. Qəzza hakimiyyətinin məlumatına görə, hücumların əvvəlindən bəri 73 mindən çox insan həlak olub.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi: Nədən danışdılar?
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















