Yaxın Şərq
ABŞ Hörmüz boğazından 1 milyard barel neftin çıxarılmasına kömək edib
ABŞ hərbçiləri son bir neçə ay ərzində tankerlərə Hörmüz boğazından təxminən 1 milyard barel neftin çıxarılmasına kömək edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.
“Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Biz buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, - deyə o, Mərkəzi Komandanlığın X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.
Kuper əlavə edib ki, ABŞ “regiondakı tərəfdaşlarla onların hava hücumundan müdafiəsini gücləndirmək və yeni koalisiya zərbə PUA-ları qrupu yaratmaq istiqamətində çalışır”.
Avqustun ortalarında Mərkəzi Komandanlıq tarixində ilk dəfə çoxmillətli zərbə PUA-ları qruplaşması - Task Force Falcon Strike-ın yaradıldığını elan edib. Yeni bölmənin havada, su üzərində və sualtında fəaliyyət göstərən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş zərbə pilotsuz sistemlərindən istifadə edəcəyi bildirilir. Onun tərkibinə ABŞ hərbçiləri ilə yanaşı, ABŞ-ın Yaxın Şərqdəki tərəfdaş ölkələrinin nümayəndələri də daxil olacaq.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO















.jpg)

























