Yaxın Şərq
Vəkillər ölüm cəzası ilə üzləşən fransızları ölkəyə qaytara biləcəklərmi?
İraq məhkəməsində İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən 6 Fransa vətəndaşının işi üzrə məhkəmə iclası keçirilib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, mühakimə olunanlar 2025-ci ildə Suriyadan İraqa gətirilən 47 Fransa vətəndaşından ibarət birinci qrupun tərkibində olublar. Onların arasında milli Bastiliya günündə Fransanın Nis şəhərində 86 nəfərin ölümü ilə nəticələnmiş terror aktı həyata keçirmiş Adrien Guihal də var.
Fransalı vəkillər İraqda ölüm cəzası ilə üzləşə biləcək vətəndaşların təcili şəkildə Fransaya qaytarılmasını tələb ediblər. Onlar məhkəmə proseslərinin şəffaflığının təmin edilmədiyini və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının məhdudlaşdırıldığını bildiriblər.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Suriyadan İraqa 60-a yaxın ölkənin İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 5700-dən çox vətəndaşı köçürülüb. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, onların ilkin istintaqı başa çatdırılıb və işlərin növbəti məhkəmə mərhələsinə keçirilməsinə başlanılıb.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO















.jpg)

























