Yaxın Şərq
Yəmən husilərə qarşı ümumi səfərbərlik elan edir - Parlament təsdiqlədi
Yəmən parlamenti ümumi səfərbərliyin elan edilməsini təsdiqləyib.
Publika.az “Al Hadath”a istinadən xəbər verir ki, Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.
Müraciəti Yəmənin Prezident Rəhbərlik Şurasının sədri və ali baş komandan Rəşad əl-Alimi göndərib.
Qərar sentyabrın 28-də parlamentin spiker Sultan əl-Bərkaninin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasında qəbul olunub.
Ümumi səfərbərlik vətəndaşların, ölkənin suverenliyinin və ərazi bütövlüyünün, eləcə də respublika quruluşu və konstitusiya qanuniliyinin qorunmasına yönəlib.
Parlament ölkədə və regionda vəziyyəti “son dərəcə mürəkkəb” qiymətləndirib və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Qərara əsasən, səfərbərlik Konstitusiyaya uyğun həyata keçiriləcək, elan edildiyi gündən qüvvəyə minəcək və onu zəruri edən səbəblər aradan qalxdıqdan sonra başa çatacaq.
Xatırladaq ki, əl-Alimi sentyabrın 25-də ümumi səfərbərliyə çağırış edib. Sentyabrın 27-də isə bunun təsdiqlənməsi üçün parlamentə təcili məktub göndərib.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
