Suriyada sursat anbarında partlayış baş verdi
Bizi izləyin

Yaxın Şərq

Suriyada sursat anbarında partlayış baş verdi

Suriyada sursat anbarında partlayış baş verdi

Suriyanın Hama əyalətinin Masyaf şəhərində tədqiqat mərkəzinin ərazisində yerləşən sursat anbarında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb.

Məlumata görə, partlayışların nəticələri və mümkün itkilər barədə hələlik məlumat yoxdur. Sözügedən obyekt əyalətin qərbində mühüm hərbi obyekt hesab olunur və daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin zərbələrinə məruz qalıb.

Qeyd edək ki, son həftələrdə Suriyada silah və sursat anbarlarında bir sıra partlayışlar baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm