Yaxın Şərq
Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
Dubaydan Təl-Əvivə uçan150 sərnişinin olduğu "Flydubai" təyyarəsində qısa müddətə 7700 təcili kodu, ardınca isə 7500 qaçırma kodu səsləndirilib.
Publika.az xəbər verir ki, qaçırılma ehtimalı səbəbindən təyyarə Səudiyyə Ərəbistanına yönləndirilib. Təyyarənin yerli vaxtla səhər saat 9:30-da İsrailə çatması gözlənilirdi, lakin İordaniya hava məkanına daxil olduqdan qısa müddət sonra Səudiyyə Ərəbistanına doğru istiqamətini dəyişib. Təyyarədə 100-dən çox İsrail vətəndaşının olduğu güman edilir.
Hadisəyə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb, lakin dəqiq vəziyyət hələ də bəlli deyil. Təyyarə planlaşdırılan marşrutdan yayınaraq Səudiyyə Ərəbistanının hava məkanında dövrə vurmağa başlayıb.
Yerüstü heyət təyyarə ilə əlaqəni itirib və siqnal ötürülməsi dayandırılıb.
Hakimiyyət orqanları hələlik heyət üzvlərinin təyyarənin qaçırılması kodunu real təhlükə səbəbindən, yoxsa başqa bir səbəbdən ötürməyə məcbur olub-olmadığını müəyyən etməyib.
Müəllif: Tural
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO



















.jpg)




.jpg)











