Yaxın Şərq
ABŞ və İran gizli razılaşmaya yaxınlaşır? - Danışıqlarda kritik mərhələ
ABŞ və İran arasında aparılan dolayı danışıqlarda mümkün sülh planının icra mexanizmi və tərəflərə veriləcək təminatlar müzakirə olunmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, vasitəçilər artıq İranın xarici işlər naziri Abbas Əraqçiyə Vaşinqtonun cavabını çatdırıblar. Hazırda tərəflər mümkün razılaşmaların necə həyata keçiriləcəyini və proses iştirakçılarına hansı təminatların veriləcəyini müzakirə edirlər.
“ABŞ və İran arasında dolayı danışıqlar planın həyata keçirilməsi mexanizminin və təminatların müzakirəsi mərhələsinə keçib”, - deyə mənbə bildirib.
Məlumata görə, Tehranın təklif etdiyi yeddi günlük plan hələ ciddi şəkildə işlənməlidir. Danışıqlarda əsas məsələlərdən biri tərəflərin addımlarının ardıcıllığıdır.
Tərəflər mümkün razılaşmanın şərtlərini kimin ilk olaraq yerinə yetirməyə başlayacağını müəyyən etməlidirlər.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı














.jpg)


.png)





.jpg)
















