Yaxın Şərq
Trampın kürəkəni Qəzzadakı müharibədən qazanc götürür? - Şok iddia
ABŞ lideri Donald Trampın kürəkəni Cared Kuşnerin təsis etdiyi "Affinity Partners" investisiya fondu İsrailin "Phoenix Financial" şirkətində böyük paya sahibdir.
Publika.az CNN-ə istinadən xəbər verir ki, həmin şirkət İsrail ordusunun əsas silah təchizatçılarına yüz milyonlarla dollar sərmayə qoyub.
Məlumata görə, Kuşnerin fondu 2025-ci ilin yanvarında, Trampın andiçmə mərasimindən az əvvəl "Phoenix Financial"dəki payını təxminən 10 faizə çatdırıb. Fondun investisiya portfelinə İsrail ordusunun istifadə etdiyi silah və hərbi texnikanın istehsalçılarından "Elbit Systems" və "Boeing", eləcə də digər şirkətlər daxil olub.
Qəzzada davam edən müharibə fonunda bu şirkətlərin səhmləri 2025-ci ildə bahalaşıb. Kuşner Ağ Evdə rəsmi vəzifə tutmadığı üçün gəlirlərini ictimaiyyətə açıqlamaq öhdəliyi daşımır. Bu isə onun diplomatik fəaliyyətlə biznes maraqlarını paralel davam etdirməsinə imkan verib.
2026-cı ilin iyulunda "Affinity Partners" "Phoenix Financial"in səhmlərinin bir hissəsini satıb və şirkətdəki payını 7,4 faizə endirib.
Ağ Ev Kuşnerin biznes fəaliyyəti ilə diplomatik missiyası arasında əlaqə olmadığını bildirir. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Cared Kuşnerin şəxsi biznes fəaliyyətinin onun diplomatik işi ilə heç bir əlaqəsinin olmadığını deyib.
Bununla belə, qeyri-kommersiya təşkilatı CREW-in etika üzrə mütəxəssisi Sintiya Braun müharibə və dövlət siyasətindən qazanc götürən şəxslərin həmin siyasətlə bağlı qərar qəbul edən şəxslər olmamalı olduğunu bildirib. Onun sözlərinə görə, hazırda bunun əksini göstərən vəziyyət müşahidə olunur.
Müəllif: Adəm
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ













.jpg)








.jpg)














.jpg)