Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü
Bizi izləyin

Yaxın Şərq

Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü

Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü

Hörmüz boğazının cənub hissəsində daha bir neft tankerinin dəniz minasına düşdüyü, nəticədə gəminin mühərrik otağında partlayış və yanğın baş verdiyi bildirilir.

Publika.az xəbər verir ki, SEPAH-ın bəyanatına görə, xam neft daşıyan tanker naviqasiya sistemlərini söndürərək İranın elan etdiyi qaydaları və icazə verilən marşrutu pozub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri naviqasiya və tanınma sistemlərini söndürən gəmilərin düşmən kimi qəbul ediləcəyini və onlara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.

Qeyd edək ki, SEPAH ötən gündən bəri icazəsiz marşrutda minaya düşən üç tanker barədə məlumat yayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm