Yaxın Şərq
Suriyada neft emalı zavodunu partlatmaq istədilər
Suriyanın təhlükəsizlik qüvvələri Homs şəhərində neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində hücumu planlaşdıran şəxslər saxlanılıb. Onlardan intihar jiletləri, əldəqayırma partlayıcı qurğular, elektron avadanlıqlar və zavodun ətraflı xəritələri müsadirə edilib. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri arasında itki qeydə alınmayıb.
Hadisədən sonra ölkədəki bütün enerji obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Homs neft emalı zavodu Suriyanın neft məhsulları ilə təminatında mühüm rol oynayır. Həmin gün Deyr əz-Zor əyalətində İŞİD terror qruplaşmasının özəyinə qarşı keçirilən əməliyyat zamanı da bir neçə silahlı zərərsizləşdirilib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)