Nəqliyyat
Bakı metrosunda konsert keçiriləcək
"Bakı Metropoliteni" QSC görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən konsert proqramı keçirəcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə metronun "Qara Qarayev" stansiyasında bəstəkarın əsərləri ifa olunacaq: "Həmin gün dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında axşam saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq. Bəstəkarın ölməz klassik sənət əsərləri simli kvartetin ifasında səsləndiriləcək. Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə konsert proqramını dinləyə bilərlər"
Könül Cəfərli
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO


































.jpg)

