Nəqliyyat
Bakıda metronun bu stansiyaları bağlandı
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
"Bakı Metropoliteni" QSC-dən Publika.az-a verilən məlumata görə, qurum bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcəkdir. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.
Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
