Nəqliyyat
Bibiheybətdə təmir-bərpa işləri bir neçə ay davam edəcək - RƏSMİ
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində iki gün öncə çatlar əmələ gəlmişdi.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və nəzarət altında saxlanılıb: "Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".
A.Nəcəfli bildirib ki, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlərin görülməsi nəzərdə tutulur. Sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb". (trend)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

