Nəqliyyat
Sərnişinlərə şad xəbər - Bakıda bütün qatarlarda...
Abşeron dairəvi dəmir yolu xəttində Vay-Fay şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün test prosesləri yekunlaşıb.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Məlumat-Hesablama Mərkəzi Departamentinin rəisi David Əliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı pilot layihə həyata keçirilir:
"Layihə uğurla ucra olunsa dairəvi dəmir yolu xətti üçün layihələndirməyə başlanılacaq. Gələcəkdə ölkədə bütün qatarlarda Vay-Fay şəbəkəsinin qurulması nəzərdə tutulur”.
Xatırladaq ki, martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.(Report)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































