Nəqliyyat
İşğaldan azad edilmiş bu ərazilərdə yeni yollar salınacaq - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasını davam etdirir.
AAYDA-dan Publika.az-a verilən məlumata görə, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 km-lik yolun da tikintisi işlərinə start verilib.
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı
-
Yaxın Şərq09:44ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı
-
Magazin107:00Domino fəlakəti: “Çelsi”, “Monako” və “Everton” anlaşmaları necə çökdü?
-
Magazin206:16Jurnal üçün dərin dekolteli və uzun yarıqlı libasda poza verdi - FOTO/VİDEO
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək






































.jpg)
.jpg)