Yaxın Şərq
Qəzza zolağının mərkəzindəki silah anbarı məhv edildi
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarını məhv etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail hərbçilərinin bəyanatında bildirilib.
"SAXAL aviazərbə endirərək Qəzza zolağının mərkəzi hissəsində yerləşən silah anbarını tamamilə məhv edib. Bu obyekt HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif növ silahların saxlanılması üçün istifadə olunub", – məlumatda qeyd edilib.
İsrail ordusu HƏMAS-ın döyüş potensialını bərpa etmək və İsrail hərbçilərinə qarşı istifadə oluna biləcək silahlar əldə etmək cəhdlərinin qarşısını almaq üçün tədbirləri davam etdirəcəyini vurğulayıb.
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































