Nəqliyyat
“Bakı Metropoliteni” QSC-də yeni TƏYİNATLAR
“Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib.
Bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni təyinatları “Report”a təsdiq edib.
Xatırladaq ki, metronun paytaxtın Nəsimi rayonunda, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində (hərbi hospitalla üzbəüz) tikintisi davam edən yeni stansiyasına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü münasibətilə “8 Noyabr” adı verilib. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilir.
-
Elm və təhsil10:4660 il əvvəl çəkilmiş fotoda yadplanetli gəmisi - NASA-dan açıqlama
-
Rəsmi xronika10:06İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ
-
MDB09:46Putinlə görüşdən əvvəl Köçəryanın həbsi - Paşinyanın məqsədi nədir?
-
MDB09:12Leninqrad vilayətinə kütləvi PUA hücumu - Liman yanır
-
Sosial07:55Daha 117 ailə Ağdam şəhərinə yola salındı
-
ABŞ04:30İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
























.jpg)














