Nəqliyyat
Avtobuslarda gedişhaqqı bahalaşacaq? - AÇIQLAMA
"Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası relslər də hamısı bərpa edilir".
Publika.az xəbər verir ki, bunu Baku.ws-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
O əlavə edib ki, gediş-gəliş iri tutumlu avtobuslarla bərpa olunur:
"Avtobuslardə qiymətlər dəyişməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə, pandemiyanın kəskin formada yayılması zamanı məhdudiyyətə qədərki dövrdə sərnişinlər hansı tariflə ödəniş edib regionlardan Bakıya və ya əksinə gedirdilərsə, eyni tariflər keçərli olacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin avtovagzal.az saytı var və həmin sayt üzərindən onlayn bilet əldə etmək imkanları var. Bundan yararlanmaqla kassaların qarşısında növbələrin yaranmasının qarşısını almaq mümkündür".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
