Nəqliyyat
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Qatarlar tuneldə qaldı
"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.
Publika.az xəbər verir ki, "Həzi Aslanov" – "Dərnəgül" xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.
Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və "Şah İsmayıl Xətai" stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.
Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə əlaqədar araşdırma aparılır.
"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - deyə o, qeyd edib.
Bir müddət sonra metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
