Nəqliyyat
Bakıda yeni metro stansiyası tikiləcək - ÖZƏLLİKLƏRİ
Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.
Bu barədə Publika.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:
“Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı “B4” adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir və hazırda bu istiqamətdə tədbirlər görülür. “8 Noyabr” stansiyası istifadəyə veriləndə orada ictimaiyyətə ilkin hazırlıq işlərinin getdiyi ilə bağlı məlumat verilmişdi. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bənövşəyi xəttin davamı kimi bu stansiyanın da platformaları 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Yeni inşa olunacaq stansiya mütləq şəkildə müasir texnologiyalarla təchiz olunmalıdır. Çünki əvvəlki stansiya müasir texnologiya əsasında tikilib, ondan sonrakı da elə olmalıdır. Stansiyada elevatorlarla yanaşı, əlil arabaları üçün liftlər də quraşdırılacaq. Bu, sözügedən xəttin digər stansiyasında var idi, burada da mütləq olmalıdır. Yəni infrastruktur baxımından bütün müasir yeniliklərin hamısı mütləq şəkildə nəzərə alınmalıdır. Bu, təkcə o stansiyaya yox, bundan sonra inşa olunacaq bütün stansiyalara da şamil olunur”.
Yeni stansiyanın istifadə tarixinə gəlincə, qurum sözçüsü bununla bağlı hələ ki, məlumatın olmadığını qeyd edib: “Tikintinin özünəməxsus xüsusiyyətləri var, üstəlik Bakının ağır hidrogeologiyası mövcuddur. Stansiyanın inşasına başladıqdan sonra hər bir mərhələ üzrə məlumatlar ictimaiyyətə veriləcək”.
Yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.
Akqabay Mıradov
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO


























.jpg)










