Nəqliyyat
Türkiyəyə gedənlərin DİQQƏTİNƏ: aviabiletlərin qiyməti ENDİRİLDİ
“Türk Hava Yolları”nın Azərbaycana uçuşlar icra etməyə başlamasının 30-cu ili münasibətilə şirkətin Bakı Nümayəndəliyi tərəfindən aviareyslərə endirimlər tətbiq olunub.
Publika.az aviaşirkətə istinadla xəbər verir ki, 30-cu il münasibətilə 30 faiz endirim kampaniyası tətbiq edilir. Türkiyə istiqamətində istifadə olunacaq biletlərin satışı sentyabrın 30-u və oktyabrın 1-dir. Bu müddətdə istənilən tarixə, istər gediş-gəliş, istərsə də tək istiqamətdə bilet əldə etmək mümkündür. Endirimlər Bakı uçuşlarından başqa “Türk Hava Yolları”nın Gəncə və Naxçıvan uçuşlarında da aiddir.
Qeyd edək ki, Bakı–İstanbul istiqamətində kampaniya bilet qiyməti vergilər daxil olmaqla 165 Avrodan başlayır.
“Türk Hava Yolları” İstanbul aeroportundan Bakıya günlük 3 uçuş yerinə yetirir. Bundan başqa Gəncə və Naxçıvan şəhərlərinə də həftənin müəyyən günlərində uçuşlar təşkil edilir. Eləcə də, “Türk Hava Yolları” markası olan “Anadolujet” aviaşirkətinin İstanbulun Sabiha Gökçen və Ankara hava limanlarına səfərləri mövcuddur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
