Nəqliyyat
BNA piyadalara görə bir sıra qurumlara MÜRACİƏT ETDİ
Cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub.
BNA-dan Publika.az-a verilən məlumatra görə, piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib. Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş. Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq:
"Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı həm də təhlükə riskini də artırır.
Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
