DYP sürücülərə müraciət etdi
Bizi izləyin

Nəqliyyat

DYP sürücülərə müraciət etdi

“Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bunu hamı bilməlidir!”

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir: “Çünki hamımız bu sistemin bir parçasıyıq, bir hissəmiz sürücü, digərlərimiz piyada, sərnişin və sair anlayışlarda hərəkətin iştirakçısıyıq. Sürücü üçün isə “Yol hərəkəti haqqında" qanununda digərlərindən fərqli olaraq, daha ciddi məsuliyyətlər müəyyən edib. Cəmiyyətin baş vermiş yol-nəqliyyat hadisələrinə münasibətdə “niyə bizdə sürücülər daha çox təqsirlidir” sualınında elə açıq cavabı “Yol hərəkəti haqqında" qanunun 36 və 37-ci maddələrinə baxsaq təfsilatı ilə başa düşəcəyik. Qanunda sürücüdən baş verən yol-nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbinin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq prosessual şəxsin əsas suallardan birinə çevrilir.

Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə “Yol hərəkəti haqqında" qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır. Məsələni daha aydın formada mahiyyəti üzrə bilmək üçün belə izah edək. Deyək ki, sürücü baş verə biləcək hadisəyə adekvat reaksiya verdi və vaxtında “Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət etdi və beləliklə də hadisənin qarşısını almaq üçün bütün lazımi zəruri addımları atdı, lakin hadisənin qarşısını misal üçün əyləc sistemindəki nasazlıq ucbatından ala bilmədi. Səbəb kimi isə avtomobilinə avto-texniki ekspertizanın rəyi ilə texniki nasazlığın olması kimi ciddi sübutu təsdiq edən rəyin əlavə edilməsi oldu. Bu zaman sürücünün məsuliyyətsizliyi isə artıq “Yol hərəkəti Haqqında" qanunun 1 sayılı əlavəsində göstərilən nasazlıqların siyahısı üzrə müəyyən edilir. Sürücünün vaxtında aradan qaldırılmadığı texniki problemlərə görə məsuliyyət daşıyacağını isə bəzi sürücülərimiz hələ də mahiyyəti üzrə qiymətləndirmir. Bizim mütəmadi şəkildə etdiyimiz çağırışlara etinatsızlıq edən, DYP əməkdaşları tərəfindən aşkarlanan nöqsanlara müxtəlif bəhanələr gətirməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışanlarda xidmət zamanı ara-sıra rast gəlirik və bu reallığı onlara elə yolda da izah edirik”.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm