Nəqliyyat
Bayram tətili bitdi: avtovağzallarda sıxlıq yarandı - VİDEO
Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib.
Publika.az xəbər verir ki, Zaqatala avtovağzalında sıxlığın qarşını almaq üçün əlavə avtobuslar cəlb olunub.
Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar.
Novruz bayramı tətilinin son günündə Gəncə beynəlxalq avtovağzalında da canlanma müşahidə olunur. Sərnişinlərin əksəriyyəti tədbirini əvvəldən görsə də, həmin gün bilet alanlar da olub.
Avtovağzal rəhbərliyi də əvvəlki təcrübələrə əsaslanaraq xəttə əlavə avtobuslar cəlb edib.
Gəncədən Bakıya gün ərzində sürət qatarı, taksilərlə də sərnişin daşınması həyata keçirilir.
Bayram günləri ilə əlaqədar iki gündür Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalda səhər saatlarında sıxlıq müşahidə olunub. Buna görə də Lənkəran avtovağzalından əlavə olaraq səkkiz avtobus xəttə buraxılıb.
Avtovağzal rəsmisi süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin də gücləndirildiyini bildirib.
Ətraflı süjetdə:
-
İdman12:12Mahsun Kırmızıgül “Qarabağ”dan yazdı - FOTOFAKT
-
Ekologiya12:06Əhaliyə xəbərdarlıq edildi: Sabah başlayır
-
İdman11:53“Qarabağ” - “Çelsi” oyunundakı insidentin VİDEOSU - EKSKLÜZİV
-
Sosial11:22Bu xidmətlərdən istifadə edənlər də ƏDV ala biləcək
-
Sosial11:19Yük avtomobilləri ƏDV-dən azad olunur
-
Magazin109:40Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO
-
Avropa09:33Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
-
ABŞ08:10ABŞ şatdauna görə hava nəqliyyatını 10 faiz azaldacaq - Sabahdan etibarən...





































