Sosial
Bu şəxslər 200 manat cərimələnəcək
Vergi orqanında uçota alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan müddətdə ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.
-
Kriminal13:52“Tərtər işi”ndə təqsirləndirilən generalla bağlı qərar verildi
-
Region12:53Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
-
İdman12:34Rəhbərlikdən jest: "Qarabağ"lılar "Çelsi" ilə oyuna görə bu qədər mükafat alacaqlar
-
İdman12:12Mahsun Kırmızıgül “Qarabağ”dan yazdı - FOTOFAKT
-
Ekologiya12:06Əhaliyə xəbərdarlıq edildi: Sabah başlayır
-
İdman11:53“Qarabağ” - “Çelsi” oyunundakı insidentin VİDEOSU - EKSKLÜZİV
-
Sosial11:22Bu xidmətlərdən istifadə edənlər də ƏDV ala biləcək
-
Sosial11:19Yük avtomobilləri ƏDV-dən azad olunur












.png)

.jpg)
























