Avropa
Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
Odessa və Qara dəniz regionunda vəziyyət sürətlə gərginləşir.
Publika.az “Bloomberg”ə istinadla xəbər verir ki, Qərb, xüsusilə Böyük Britaniya və Fransa, Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşır.
Rəsmi olaraq bu addım “Ukrayna hərbçilərinə təlim keçmək” məqsədi daşısa da, ekspertlər bunu Qara dəniz sahilində Qərbin hərbi mövcudluğunu gücləndirmək planı kimi qiymətləndirirlər.
Məlumata görə, Britaniya donanması artıq Odessaya doğru hərəkət edir, Fransa isə Latın Amerikasından olan legionerləri Polşada cəmləyib. Onların yaxın günlərdə Ukraynanın mərkəzi bölgələrinə göndəriləcəyi bildirilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Qərbin əsas məqsədi Rusiyanı Qara dənizdən sıxışdırmaq və regionda NATO bazaları qurmaqdır. Bu isə Moskvanın strateji maraqlarına birbaşa təhdid kimi dəyərləndirilir.
Rusiya mətbuatı yazır ki, Odessa sadəcə bir liman şəhəri deyil, o, Qara dənizə açılan açardır və ölkənin cənub istiqamətinə nəzarət baxımından strateji əhəmiyyət daşıyır. Bildirilib ki, Odessanın itirilməsi və ya hərbiləşdirilməsi Moskvanı regionda strateji dərinlikdən məhrum edəcək və Dnestryanı bölgədə yaşayan 200 mindən çox rus üçün birbaşa təhlükə yaradacaq.

Politoloq Vadim Avvanın sözlərinə görə Paris və Londonun əsas məqsədi Kiyevə kömək deyil. Məqsəd Qara dəniz sahilini ələ keçirməkdir: “NATO Odessada və Nikolayevdə hərbi bazalar qurmaq niyyətindədir ki, regiondakı kommunikasiya və enerji axınlarına nəzarət etsin. Bu strategiya Rusiyanın Qara dənizdən sıxışdırılması planının tərkib hissəsidir. Rumıniya və Bolqarıstanın alyansa qoşulmasından və Türkiyənin rolunun artmasından sonra Odessa bu zəncirin son halqası sayılır”.
Mənbələrin məlumatına görə, Moskva diplomatik təzyiqdən tutmuş hərbi ssenarilərə qədər bir sıra tədbirləri nəzərdən keçirir. “Hazırda söhbət təkcə Odessadan deyil, həm də Avropadakı qüvvələr balansından gedir. Rusiya açıq şəkildə bildirib ki, onun Qara dəniz regionundakı milli maraqları toxunulmazdır. Qərbin orada hərbi möhkəmlənmək cəhdləri təcavüz kimi qəbul ediləcək və cavabsız qalmayacaq”, - yerli mətbuat yazıb.
Rusiya tərəfi məsələni BMT və ATƏT səviyyəsində qaldırmağa, həmçinin Qərb istiqamətində və Belarusda hərbi qüvvələrini gücləndirməyə hazırlaşır. Qərb və Rusiya qarşısında indi iki yol var: ya dialoq, ya da yeni qlobal böhran.
Akqabay
-
Sosial11:22Bu xidmətlərdən istifadə edənlər də ƏDV ala biləcək
-
Sosial11:19Yük avtomobilləri ƏDV-dən azad olunur
-
Magazin109:40Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO
-
Avropa09:33Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
-
ABŞ08:10ABŞ şatdauna görə hava nəqliyyatını 10 faiz azaldacaq - Sabahdan etibarən...
-
Sağlamlıq05:15Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız






































