Nəqliyyat
Rusiyanın bu aviaşirkətləri Azərbaycana reysləri LƏĞV ETDİ
Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
"IrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. "IrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.
"Ural Airlines" Soçidən uçuş proqramında dəyişiklik edib. Moskva və Yekaterinburqdan Bakıya reyslərin biletləri satışda qalıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.
Xatırladaq ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə – Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova – uçuşlar da müvəqqəti dayandırılıb.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































