Nəqliyyat
Bakıda yollar buz bağladı: harada tıxac var? - SİYAHI
Bakı – Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.
Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib.
Qeyd olunub ki, yolda sürüşmə ehtimalını nəzərə alsaq, mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.
Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Bakı – Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı








































