İKT
Azərbaycan domenlərinə qarşı hücumlar oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.
Agentlikdən Publika.az-a bildirilib ki, araşdırma zamanı eyni gündə 22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.
Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub. Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. MKA tərəfindən aparılan texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə “[email protected]” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin "AS47583 / AS-HOSTINGER" şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni “ns1.dns-parking.com” və “ns2.dns-parking.com” serverlərinin, eləcə də “hcdn” server göstəricisinin istifadə olunduğu müəyyən edilib. Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.
Veb-saytda aşkar edilmiş “Web Defacement” halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









.jpg)































