Nəqliyyat
Bakıda daha bir yol dairəsi ləğv edilir - Məşhur restoran SÖKÜLÜR
Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.
Publika.az xəbər verir ki, söhbət Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairədən gedir.
Buradakı dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.
Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.
Obyekt işlədənlər deyiblər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.
Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı ''Xəzər Xəbər''ə bildirib ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?











.jpg)



























