Fəzail Ağamalı Almaniya bayrağına görə mətbuat katibini işdən qovdu
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı Almaniya bayrağına görə mətbuat katibini işdən qovdu

Ana Vәtәn Partiyasının sәdri, millət vəkili Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı Facebook profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb.

Publıika.az xəbər verir ki, bu barədə Ayşən Ayxan öz Facebook səhifəsində status paylaşıb:

“Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm. Bildiyiniz uyğun vakansiyalar varsa, bildirməyinizi rica edirəm. Çünki işləməyim vacibdir, hətta o dərəcədə ki, bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün. İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurd səbəblə məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür, can sağlığı diləyirəm. Necə deyərlər, kəsər dönər, sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri “savab" iş mükafatsız qalmaz ümid edirəm”, - deyə o yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm