Nida.az
Azərbaycan və Türkiyə şahinləri səmada: birgə təlim keçiriləcək
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən Publika.az-a daxil olan
məlumata görə, avqustun 22-dən başlayacaq təlimlərdə Azərbaycan və
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya
vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E
bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35
döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532
axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək
fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə
qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi,
axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr
endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar
yerinə yetiriləcək.
Təlimlər sentyabrın 18-dək davam edəcək.
Anar Tağıyev
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat