Müsavatın Pənah Hüseynlə mübarizə aparacaq namizədi dəqiqləşdi - FOTO
Bizi izləyin

Nida.az

Müsavatın Pənah Hüseynlə mübarizə aparacaq namizədi dəqiqləşdi - FOTO

Müsavat Partiyasının noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizəd siyahısına dəyişiklik edilib.


Publika.az xəbər verir ki, yeni siyahıda 63 saylı Sabirabad birinci seçki dairəsindən Yavər Gülməmmədovun namizədliyini irəli sürüb. Y. Gülməmmədov Müsavat Partiyasının Sabirabad rayon təşkilatının sədridir.


Qeyd edək ki, İsa Qəmbərə yaxın münasibətləri ilə seçilən Xalq Partiyasının sədri Pənah Hüseyn də bu dairədən namizədliyini irəli sürüb. Müsavat Partiyası əvvəlcə P. Hüseynin dairəsindən namizəd göstərməmişdi.


P. Hüseyn Publika.az-a açıqlamasında bildirib ki, heç kimin xeyrinə geri çəkilmək fikrində deyil.


“Mən fikrimi dəyişməyəcəm və seçkidə sona qədər iştirak edəcəm”, - deyə bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm