Nida.az
İbtidai araşdırma məlumatları hansı hallarda yayıla bilər - Qanunda dəyişiklik
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, 147-ci maddəyə aşağıdakı məzmunda 147.4-147.6-cı maddələr əlavə edilir:
“147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki
məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
147.5. Tutulma haqqında protokolda aşağıdakılar
göstərilməlidir:
147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı,
adı, atasının adı və vəzifəsi;
147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il,
ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və
ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini
təsdiq edən sənəd barədə məlumat;
147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt;
147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti;
147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi
haqqında qeyd.
147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs,
tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün
tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində
dəvət edilmiş vəkil tərəfindən imzalanır.”.
156.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:
“Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.”.
222.1-222.3-cü maddələr aşağıdakı redaksiyalarda verilir:
“222.1. İbtidai araşdırma məlumatlarının yayılması, bu
Məcəllənin 222.2 və 222.6-cı maddələrində nəzərdə tutulmuş
hallardan başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları cinayət prosesinin
iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq
müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə
ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin
digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə
yayıla bilər.
222.3. Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr
tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai
araşdırmanın məlumatlarının yayılmasına, habelə bu Məcəllənin 52-ci
maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi
üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına
icazə verilmir (cinayət prosesi iştirakçılarının bu Məcəllə ilə
müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı
olan hallar istisna olmaqla)”;
222.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilir:
“Belə xəbərdarlıq edilməmişdirsə, yayılması cinayətin açılmasına,
cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal
gedişinə mane ola bilən məlumatların yayılmasına görə cinayət
prosesini həyata keçirən şəxs məsuliyyət daşıyır.”;
Aşağıdakı məzmunda 222.6-cı və 222.7-ci maddələr əlavə edilir:
“222.6. İctimai maraq kəsb etməsi, yanlış məlumatların
yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin
labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma
məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən
bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər.
Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş
ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai
araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının
şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı,
təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya
təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun
cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi
keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya
zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına
yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı
ilə yol verilir.”.
488.2-ci maddə aşağıdakı redaksiyada verilir:
“488.2. Hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.”
Aşağıdakı məzmunda 489.3-cü və 489.4-cü maddələr əlavə edilir:
“489.3. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud
olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan
Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə
xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya
məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi və
tranzit daşıma bu Məcəllənin 493-501-ci maddələri və “Cinayət
törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan
Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata
keçirilir.
489.4. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi
müraciəti əsasında Azərbaycan Respublikası ərazisində cinayət
təqibi bu Məcəllənin 502-504-cü maddələrinə uyğun olaraq həyata
keçirilir.”
495.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Həmin şəxsin barəsində həbs qətimkan tədbiri Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən tətbiq edilə bilər”;
495.2-ci maddə aşağıdakı redaksiyada verilir:
“495.2. Verilməsi üçün şəxsin həbsə alınması bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.”
Aşağıdakı məzmunda 495.3-1-ci maddə əlavə edilir:
“495.3-1. Rəsmi müraciət alınanadək şəxsin həbsə alınması barədə
xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt orqanının
vəsatəti olduqda və ya alınmış rəsmi müraciətə həbsə alma haqqında
qərarın təsdiq edilmiş surəti əlavə olunmadıqda şəxsin verilməsi
üçün həbsə alınması yalnız onun verilməsi üçün kifayət qədər ciddi
əsasların mövcudluğunun məlum olduğu hallarda mümkündür”;
Aşağıdakı məzmunda 495.6-cı, 495.7-ci və 495.8-ci maddələr əlavə edilir:
“495.6. Şəxsin cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə
verilməsi üçün həbsə alınmasından şikayət verməsi və ona baxılması
ilə bağlı məsələlər bu Məcəllənin 452-453-cü maddələrində müəyyən
edilmiş qaydada həyata keçirilir.
495.7. Verilməsi üçün tutulmuş və həbs edilmiş şəxs, barəsində
prosessual məcburiyyət tədbirləri tətbiq edilən şəxsin bu Məcəllə
ilə müəyyən edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün
şəxsin həbsə alınması müddəti bu Məcəllənin 158-ci maddəsində
nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bu müddət şəxsin
verilməsinə dair rəsmi müraciətə əlavə edilmiş həbsə alma haqqında
qərarda nəzərdə tutulan müddətdən çox ola bilməz. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal
nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması
müddətinin uzadılması bu Məcəllənin 159-cu maddəsində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.”
496.5-ci maddə aşağıdakı redaksiyada verilir:
“496.5. Şəxsin verilməsi xahişi ilə müraciət etmiş xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı şəxsin verilməsi üçün zəruri məlumatları təqdim etmədikdə, habelə “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hallarda şəxsin verilməsindən imtina edilə bilər.”
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO