Nida.az
Diplomatik mənbə: Qarabağətrafı ərazilər Azərbaycana qaytarılır - İDDİA
Ermənistan Azərbaycanın işğal olunmuş əraziləri qaytarmaq üçün aktiv hərbi əməliyyatlara başlamasından qorxur.
Publika.az xəbər verir ki, Rusiya xarici işlər
naziri Sergey Lavrovun İrəvana səfəri zamanı erməni siyasətçilər
bunu açıq şəkildə dilə gətiriblər. Onlar Moskvanın Bakının
müharibəyə başlayacağı təqdirdə, bunun qarşısını alacaqlarına ümid
etdiklərini ifadə ediblər. Rəsmi İrəvan həmçinin Azərbaycan
rəsmilərinin sərt bəyanatlarından da çəkinir. Buna görə də
Moskvadan dəstək istəyirlər.
Rusiya münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bəyan edir. Bu ilin sentyabr ayının 1-də Lavrovun Bakıya səfəri zamanı da Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yolları müzakirə edilib.
“Kommersant” nəşrinin diplomatik mənbələrdən əldə etdiyi məlumata
görə, Rusiyanın münaqişənin həlli ilə bağlı planı var.
Plandakı variantlardan biri belədir ki, ermənilər işğal etdikləri
Dağlıq Qarabağ ətrafındakı ərazilərin çox hissəsini Azərbaycana
qaytarır, lakin Laçın dəhlizi saxlanılır. Dağlıq Qarabağa ya BMT,
yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
sülhməramlıları yerləşdirilir.
Bakı işğal olunmuş rayonların geri qaytarılması və Qarabağa
Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə münaqişənin
həllini istəyir.
Nəşr İrəvandakı mənbəyə istinadən yazır ki, Ermənistan işğal etdiyi
əraziləri geri qaytarmaq niyyətində deyil. Ermənilər israrla
qondarma “DQR”-in danışıqlarda tərəf kimi iştirakını istəyir. Təbii
ki, bu varianta Azərbaycan heç vaxt razı olmaz.
Bakıdakı yüksək rəsmilərdən biri “Kommersant”a bildirib ki,
Azərbaycan işğal edilmiş ərazilərini geri qaytarmaq üçün hərbi yola
əl ata bilər: “Əgər başqa çıxış yolu qalmayacaqsa, biz
vuruşmağa hazırıq. Bizim ordumuz güclüdür, hərbi büdcə bütün
Ermənistanın dövlət büdcəsindən çoxdur. Yeni silahlarımız var.
Digər tərəfdən, Naxçıvanda güclü hərbi qüvvə yerləşdirilib.
Müharibə başlayacağı təqdirdə, oradan birbaşa İrəvanı vura
bilərik”.
Kremlə yaxın mənbə isə bildirir ki, müharibə təhlükəsi var:
“Hazırda kiçik intensivliklə müharibə davam edir və bunun hər an
genişlənmə təhlükəsi var. Ermənilər müharibədən çəkinirlər, Bakı
isə sərt ritorika ilə danışıqlarda mövqeyini gücləndirmək, həmçinin
uzun illər ərzində dondurulmuş vəziyyətdə olan münaqişənin həllinə
doğru irəliləyiş əldə etmək istəyir”.
Asif Nərimanlı
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO