Sumqayıtın icra başçısı Azərbaycan bayrağını təhqir etdi
Bizi izləyin

Nida.az

Sumqayıtın icra başçısı Azərbaycan bayrağını təhqir etdi

Sumqayıtın icra başçısı Azərbaycan bayrağını təhqir etdi

Sumqayıt mərkəzi yollarında asfalta Azərbaycan bayrağı təsvir edilib; icra başçısının bu qərarı sumqayıtlıların narazılığına səbəb olub

Sumqayıtın icra başçısının daha bir göstərişi sumqayıtlılar tərəfindən etirazla qarşılanıb. Məlumata görə, icra başçısının qərarı ilə şəhərin mərkəzi yollarında asfaltın üzərində Azərbaycan bayrağı həkk olunub. Şəhər sakinlərinin hiddətinə səbəb olan bu olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edən sakinlərə isə bildirilib ki, asfalta bayrağı təsvir olunması o demək deyil ki, dövlət atributumuz təhqir olunur. Sakinlərə bildirilib ki, məsələyə gözəl vizual görüntü prizmasından yanaşınlar.

"Feysbuk" sosial şəbəkəsində yaradılan çağırışda isə bayrağımızın təhqir olunması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısında aksiya təşkil olunub. Martın 22-inə təyin olunan aksiya ilə bağlı bildirilib ki, icra başçısının bu əməlinə etiraz əlaməti olaraq hər kəs əlində bir Azərbaycan bayrağı ilə səhər saat 11-də icra hakimiyyətinin qarşısında olsun.

“Eldar Əzizova istefa” adı ilə yaradılan çağırış isə sonradan silinib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı.

Qeyd edək ki, ötən gün icra başçısı Eldar Əzizovun göstərişi ilə Sumqayıt şəhərində keçirilən Novruz bayramı festivalında qeyri-adiliyi ilə seçilib. Belə ki, E.Əzizovun göstərişi ilə Sumayıtda nəhəng Novruz gəmisi düzəltdirilib. Gəmi Sumqayıtın baş meydanına daxil olub. Daha sonra gəmidəki toplardan yaylım atəşi açılıb ("Musavat.com").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm