Nida.az
Oqtay Gülalıyev: “KXCP-də mənim kimi düşünənlərin sayı çoxdur”
“Mənim partiya rəhbərliyi ilə bir çox məsələdə fikir ayrılığım var və buna görə də tutduğum vəzifədən azad olundum. Lakin KXCP-də mənimlə bağlı baş verənlər kiçik məsələdir. Bunu böyütməyə dəyməz”.
Publika.az xəbər verir ki, bu barədə KXCP sədrinin müavinlik postundan uzaqlaşdırılan Oqtay Gülalıyev deyib.
O, Elçibəy yolunun davamçısı olduğunu bildirib: “Partiyanın hazırkı
siyasi kursu, yürüdülən siyasi fəaliyyət, xüsusən təşkilatımızın
Milli Şuradan kənarda qalması, dialoqda iştirak etməsi və s.
məsələlərlə bağlı fikir ayrılığımız var. AXC-nin varisi olan
partiyamızın mübarizənin önündə olmasının tərəfdarıyam. Mən KXCP-yə
vəzifə üçün gəlməmişəm. Vəzifələr gəldi-gedərdi. Amma hədəflər və
prinsiplər qalıcıdır”.
O. Gülalıyev vəzifədən uzaqlaşdırılsa da, partiya rəhbərliyi və
üzvləri ilə normal münasibətlər saxladığını qeyd edib.
“Heç kimlə problemim yoxdur. Problemlərə fərqli baxışlarımız bu
münasibətlərə xələl gətirmir. Mən KXCP-nin sıravi üzvü olaraq
partiyada fəaliyyətimi davam etdirəcəm. Bilirəm ki, partiyada mənim
kimi düşünən xeyli sayda fədakar və mübariz insanlar var”, - deyə o
bildirib.
Asif
-
İqtisadi gündəm14:29Göyçay icra başçısının müavini: "Bəziləri narın baha qiymətindən şikayətlənirlər"
-
Hadisə13:57Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
-
MDB12:22Məşhur biznesmen avomobil qəzasında yanaraq öldü - VİDEO
-
MDB11:41Azərbaycan əsilli polis mayorunu dronla öldürdülər
-
Region11:36Erməni əsgər atası: "Xalqımız heç vaxt bu qədər alçaldılmamışdı..."
-
Region10:31Annanın ərini "əfsanə" adlandırması narazılıq yaratdı
-
MDB10:10Qəribə tale: Özü Ukraynaya, oğlu isə Rusiyaya qarşı döyüşürmüş...
-
Nida.az09:47Prezidentdən hərbi paradla bağlı paylaşım - VİDEO





































.jpg)
