Sosial
FHN müşavirə keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan xidməti müşavirə keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, müşavirədə Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov və ərazi yanğından mühafizə idarə, dəstə və hissələrinin məsul şəxsləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.
Sonra Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.
Daha sonra Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov çıxışında Xidmətdə nizam-intizamın, şəxsi heyətin peşə və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyindən danışıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il ərzində respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Bundan əlavə, çıxış edənlər döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının Xidmətin təşkili üçün zəruriliyini də vurğulayıblar.
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi









.jpg)


.jpg)


.jpg)








.jpg)














