Magazin2
Teylor Sviftə görə başı bəladadır - London meri araşdırılacaq
London meri Sadiq Xan məşhur amerikalı müğənni Teylor Sviftin konsertinə pulsuz bilet qəbul etdiyinə görə araşdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə “BBC” bildirib.
Məlumata görə, araşdırmanın aparılmasını London Assambleyasının Mühafizəkarlar Partiyasından olan üzvləri tələb ediblər.
Sadiq Xan ötən il avqustun 15-də Teylor Svifti Londondakı Uembli stadionunun xüsusi lojasından izləmək üçün özəl tədbirlər təşkil edən bir şirkətdən 3 min funt-sterlinq dəyərində 6 pulsuz bilet qəbul edib. Onunla birlikdə lojada “City Hall”un beş əməkdaşı, o cümlədən iki yüksəkvəzifəli şəxs də olub.
Sadiq Xanın qəbul etdiyi biletlərin bəyanatı rəsmi “City Hall” reyestrində düzgün və vaxtında təqdim edilməyib.
Merin mətbuat xidmətinin nümayəndəsi isə bildirib ki, hədiyyə şəffaf şəkildə bəyan edilib, lakin inzibati səhv nəticəsində qeydlərdə gecikmə baş verib və bu hal daha sonra düzəldilib.
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:57"Sabah" - "Borussiya" oyununda hesab açıldı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq























.jpg)


.jpg)






