Nida.az
İlham Əliyev Rumıniya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.
İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Magazin120:30Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? - ÖZÜ DANIŞDI/VİDEO
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO










.jpg)





















