Nida.az
Müsavatın sirlərini kim yayır?
Müsavat gənclərinin Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq
bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında keçirdikləri
aksiya partiya daxilində gərginlik yaradıb. Belə ki, aksiyanı
təşkil edən gənclər Müsavat Gənclər Təşkilatının üzvlərini aksiyada
iştirak etmədiyi üçün qınayıblar. Cavid Hacıbəyli isə deyib ki, bu
məsələ Müsavat Divanında müzakirə olunub və partiya rəhbərliyindən
GT-yə xəbərdarlıq olub.Lakin GT üzvləri bunu təkzib ediblər və C.
Hacıbəyliyə məlumatların Divan üzvü Tural Abbaslı tərəfindən
ötürüldüyünü iddia ediblər.
Qeyd edək ki, hazırda müsavatçı gənclər ikiyə bölünüb. Bir tərəfdə GT-nin hazırki rəhbərliyi, digər tərəfdə isə GT-dən çıxarılan gənclər, eləcə də yeni rəhbərliyi qəbul etməyənlərdir. GT-nin yeni rəhbərliyinin Müsavat icra aparatının rəhbəri Arif Hacılıya, digərlərinin isə Tural Abbaslıya bağlı olduğu deyilir. Bütün bu baş verənlərin isə Arif Hacılı-Tural Abbaslı qarşıdurması olduğu iddia edilir.
Tural Abbaslı isə Publika.Az -a açıqlamasında heç bir məlumat ötürmədiyini, ümumiyyətlə, belə bir şeyin mümkünsüz olduğunu deyib. Bildirib ki, o, hər adı çəkildiyi məsələyə münasibət bildirmək istəmir: “Mənim adımı çəkə bilərlər. Burda böyük bir qəbahət görmürəm”.
T. Abbaslı sözügedən məsələnin partiya Divanında müzakirə
edildiyini deyib.“Partiyanın istənilən aksiyası Divanda müzakirə
olunur. Həmçinin bu aksiya da müzakirə olunub. Lakin bunlar partiya
daxili məsələlərdir. Ona görə də mətbuata çıxartmaq olmaz”-deyə o
qeyd edib.
Asif
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO