Nida.az
Ərdoğan Azərbaycan səfərini ləğv etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə planlaşdırılan səfəri ləğv edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfərin ləğv edilməsinin səbəbi dünən Ankarada törədilən terror aktıdır.
Məlumata görə, Azərbaycanda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Ankarada keçiriləcək. Bunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edildiyi bildirilir. Qeyd olunur ki, Türkiyə prezidenti bu təklifi qəbul edib və jestinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.
Türkiyə KİV-nin yazdığına görə, Azərbaycan prezidentinin Ankaraya səfər edəcəyi gözlənilir.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18 Mart 18:50Pezeşkian onların ölümündən yazdı
-
Rəsmi xronika18 Mart 18:40Prezident Xanoba kəndində görülən işlərlə tanış oldu - Yeniləndi
-
Rəsmi xronika18 Mart 17:48İlham Əliyev sərəncam imzaladı
-
İKT18 Mart 17:00Azyaşlıdan İlham Əliyevə: “Sənin maşınını istəyirəm...” - Video









_(1).jpg)



























