Nida Xəbər
Məşhur sənətşünas anıldı: “Səttar Bəhlulzadə olduğu kimi” kitabı təqdim edildi - Foto
17 mart tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sənətşünas Ziyadxan Əliyevin vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov açaraq, tədbirin əhəmiyyətindən bəhs edib.
Tədqiqatçı-alim F.Cabbarov çıxışında Azərbaycanın Ziyadxan Əliyev kimi tanınmış yaradıcı şəxslərinin şəxsi əşyalarının muzeyə hədiyyə olunmasının xüsusi önəm daşıdığını vurğulayıb və bunun muzey fondlarının zənginləşdirilməsin də mühüm rol oynadığını qeyd edib.
Daha sonra Ziyadxan Əliyevin qızı Aysel Ziyadxanlı, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Fuad Salayev, sənətşünasın dostu rəssam Nəvai Mətin, Azərbaycan Milli İncəsənət Muzeyinin tədbir və sərgi şöbəsinin müdiri sənətşünas Əsəd Quliyev "Təhsil" Nəşriyyatının baş redaktoru, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli, publisist-şair Əkbər Qoşalı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı, jurnalist Pərvanə Nadirqızı çıxış edərək, Ziyadxan Əliyevin həyat və yaradıcılığı haqqında xatirələrini bölüşüblər. Eyni zamanda, onun Azərbaycan Təsviri incəsənətinin tədqiqi sahəsindəki mühüm xidmətlərdən də bəhs olunub. Çıxış edənlər, həmçinin, belə bir tədbirin təşkilinə şərait yaratdığı üçün muzey rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.
Həmçinin tədbirdə “Səttar Bəhlulzadə olduğu kimi” adlı kitabın təqdimatı baş tutub. Kitabın əsas özəlliklərindən biri ondan ibarətdir ki, burada bu günə qədər geniş ictimaiyyətə məlum olmayan Səttar Bəhlulzadə yaradıcılığına aid kolleksiya nümunələri öz yerini almışdır. Nəşr böyük rəssamın sənət dünyasına daha dərindən nəzər salmaqla yanaşı, onun yaradıcılıq irsinin mahiyyətini oxucuya daha dolğun şəkildə çatdırır.
Sonda isə Ziyadxan Əliyevə məxsus şəxsi əşyaların muzeyə təqdimatı keçirilib. Həmin materiallar sənətşünasın zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbir Ziyadxan Əliyevin qızı Aysel Ziyadxanlı və muzeyin elmi katibi, t.ü.f.d., Sevinc Nəsirovanın birgə təşkilatçılığı ilə baş tutub.
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir





















.jpg)






.jpg)











