Almaniyalı millət vəkillərindən ATƏT qarşısında tələb
Bizi izləyin

Nida.az

Almaniyalı millət vəkillərindən ATƏT qarşısında tələb

Almaniya parlamentinin deputatı və Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun rəhbəri Karin Ştrenz, millət vəkili və qrupun həmsədri Yohannes Kahrs Daqlıq Qarabağ regionunda yaranmış və son günlərən yüksək şiddət dərəcəsinə çatmış silahlı toqquşmalarla bağlı açıqlama veriblər.

Publika.az xəbər verir ki, millət vəkilləri hadisələrin hərbi qarşıdurma müstəvisində inkişafı qısa müddət ərzində sonlandırılmalı olduğunu bildiriblər. Bu münaqişənin səbəb olduğu hər bir silahlı atışma, hər bir yaralanma və insan ölümünə yol verilməməlidir.

Almaniya Federativ Respublikası bu il Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir. Deputatlar ATƏT və ona aid Minsk qrupu çərçivəsində lüzumsuz insan ölümlərinin qarşısını almaq üçün danışıqların davam etdirilməsini tələb edirlər. Almaniya Federativ Respublikası bu il münaqişə regionunda dramatik vəziyyətin yumşaldılması və aradan qaldırılması üçün öz məqsədyönlü tövhəsini vermək üçün böyük şansa malikdir. Baş vermiş son dağıdıcı döyüşlər bunun mütləq lazım olduğunu göstərdi.

BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı) beynəlxalq hüquq normalarının pozulmasının başa çatıdırlmalı olduğunu əks etdirir.

Karin Ştrenz bildirib ki, hazırki vəziyyət beynəlxalq hüququn tələblərinə uyğun deyil və kəskin şəkildə pislənir.

“Parlament işçi qrupu Cənubi Qafqaz regionunda zorakılığın bitirilməsi üçün bu qətnamələrin icrasını dəstəkləyir. Danışıqlar masasına qayıtmaq üçün tam atəşkəsin təmin edilməsi lazımi şərtdir.

Azərbaycan tərəfinin atəşi birtərəfli qaydada dayandırması bəyanatını müsbət qiymətləndirir və ümid edirik ki, bu,mövcud vəziyyətdə gərginliyin azaldılmasına gətirəcəkdir. Atəşkəs rejiminə hər iki tərəfdən ciddi əməl edilməlidir”.

Yohannes Kahrs isə bildirib ki, əsas məqsəd bu "dondurulmuş münaqişə" atəşkəs bərpa edildikdən sonra öz dayanıqlı həllini tapmasıdır:

“Almaniya Xarici İşlər Nazirliyi və xarici işlər naziri Frank-Valter Staynmayer bunun üçün lazımi təşəbbüsü öz üzərinə götürsün.Almaniya parlamentində Almaniya-Cənubi Qafqaz parlament işçi qrupu dayanıqlı sülh danışıqları üçün həm münaqişə tərəflərinin nümayəndələri ilə, həm də beynəlxalq vasitəçilər ilə danışıqların davam etdirilməsinin tərəfdarıdır”.

Millət vəkilləri bildiriblər ki, müvafiq parlamentlər ilə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı Dağlıq Qarabağdakı vəziyyət parlament iş qrupu üçün xüsusi əsas mövzunu təşkil edir.

“Biz sülh münasibətlərinin formalaşması prosesinin sürətləndirilməsi üçün öz səylərimizi göstəririk. Bu şübhəsiz müstəsna çətinlikəri əhatə edir. Qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün yolların tapılması ATƏT-ə sədrliyimiz dövründə bizim mənəvi borcumuzdur"- deyə Ştrenz və Kahrs fikirlərini yekunlaşdırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm